5 Kasım 2018 Pazartesi

YUMURTANIN ÜZƏRİNDƏKİ KOD NƏYİ BİLDİRİR




Yumurta üzərindəki kodlar əslində bizə yumurtanın yetişdirilmə metodundan xəbər verir.Məsələn, toyuğun yeminə və özünə heç bir hormon vurulmadan, təbii şəkildə əldə olunan yumurtalar “0” kodla işarələnəcək və ən bahalı yumurta olacaq.

Toyuğun saxlandığı mühitdə rahat hərəkət edə bilməsi üçün ərazi mövcuddursa, onun yumurtasına “1” kodu vurulur. Amma bu toyuqlara hormon və GMO-lu yem məhdudiyyəti olmaya bilər.

Saxlandığı mühitdə normal hərəkət edən bilən, lakin qidalarında heç bir məhdudiyyət olmayan toyuqların yumurtası “2” kodu ilə işarələnir.

Ancaq qəfəslərdə saxlanan, demək olar ki, hərəkət məhdudiyyəti olan toyuqların yumurtası “3” rəqəmi ilə kodlanır. Bunlar keyfiyyətsiz yumurtalar hesab edilir.

Hiç yorum yok:

Yorum Gönder